Sirkə içmiş qadın xəstəxanada öldü

21 Aprel, 2019 18:31 | Hadisə | Baxış sayı: 129
Sirkə turşusu içən qadın
Sirkə turşusu içən qadın

Yaxınlarının dediyinə görə, sirkə turşusunu ailə münaqişəsi zəminində içib

Lənkəran rayonunda sirkə turşusu içərək intihara cəhd edən 1978-ci il təvəllüdlü Ürgə kənd sakini Zamanlı Xalidə Zeynal qızı Rayon Mərkəzi Xəstəxanasında keçinib.

İstiPress-in məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının dediyinə görə, X.Zamanlı sirkə turşusunu ailə münaqişəsi zəminində içib.

Faktla bağlı araşdırma aparılır.