Bakıda sərnişin avtobusu qəzası, xeyli xəsarət alan var - ADLAR

21 Aprel, 2019 10:50 | Hadisə | Baxış sayı: 181
Təcili yardım maşını
Təcili yardım maşını

Xəsarət alanlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların hansı nəqliyyat vasitəsində olduqları məlum deyil.