Bakıda yol qəzasında iki nəfər həlak olub

21 Aprel, 2018 13:30 | Hadisə | Baxış sayı: 81
VAZ 2106 - ARXİV
VAZ 2106 - ARXİV

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İstiPress-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 21-i saat 01 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.