Bakıda sərnişin avtobusu yandı

21 Mart, 2019 12:24 | Hadisə | Baxış sayı: 80
Yanan avtobus
Yanan avtobus

Mühərrik hissəsi alışıb

Paytaxtda sərnişin avtobusu yanıb.

İstiPressFövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nəsimi rayonunda “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.