Azərbaycanda qəza - sərnişin öldü

21 Mart, 2019 10:43 | Hadisə | Baxış sayı: 169
Avtomobil qəzası
Avtomobil qəzası

3 avtomobil toqquşub

Şabranda ölümlə nəticələnən yol qəzası baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, şəhər ərazisində baş verən qəzada "Mersedes", "VAZ 21010" və "VAZ-21007" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşındakı sərnişin ölüb.

83 yaşlı rayon sakini Solmaz Qasımova aldığı ağır xəsarətlərdən rayon mərkəzi xəstəxanasında keçinib.

Faktı Şabran polis şöbəsinin istintaq bölməsi araşdırır.