Çobanın köməyinə itlər çatıb
Salyanda canavar kənd sakininə hücum edib. İstipress-in cənub bürosu xəbər verir ki, hadisə rayonun Quyçu kəndində baş verib. Kənd sakini, 36 yaşlı Vüsal Ziyafət oğlu Abbasov səhər saatlarında qoyunları otarmaq üçün örüş sahəsinə buraxarkən qəfil sürüyə canavar hucum çəkib. Sürünü qorumaq məqsədi ilə tez irəli çıxdığından canavar Vüsal Abbasovun üstünə cumub. Bu zaman sürüdəki itlər Vüsalın köməyinə çatıb. Vüsal Abbasovla canavarın mübarizəsi 20 dəqiqə çəkib. Kənd sakini canavarı boğaraq məhv edib. Vüsal Abbasov ciddi xəsarət almayıb.
Kənd sakinlərinin dediyinə görə,otlaq sahədə canavarlar son günlərdə bir neçə baş atı parçalayıb.