Qonşu qadını zorlamaq istəyən azərbaycanlı döyüldü və tutuldu

20 Dekabr, 2017 15:41 | Hadisə | Baxış sayı: 330
Dava
Dava

Qadının qohumları onun burnunu sındırıb

Tovuz rayonunda qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxs döyülüb.

İstiPress-in məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Eldəniz Şəmil oğlu həmkəndlisi olan qadını zorlamağa cəhd edib.

Qadının yaxınları hadisədən xəbər tutub və E.Məmmədovu yaxalayıblar. E.Məmmədov bir neçə nəfər tərəfindən döyülüb. O, Tovuz Rayon Polis Şöbəsinə təhvil verilib.

E.Məmmədov polis nəzarəti altında tibbi müayinə olunub. Məlum olub ki, E.Məmmədovun burnu sındırılıb.

Trend