Ögey atanın zorlayıb hamilə qoyduğu bacılar rayona qayıtdı

20 Dekabr, 2017 15:55 | Hadisə | Baxış sayı: 481
Zorlanan qız - KOLLAJ
Zorlanan qız - KOLLAJ

Birinci qızın hamiləliyinə isə qeysəriyyə üsulu ilə son qoyulmuşdu

Bir müddət əvvəl Baləkəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan qızla bağlı xəbər ölkə gündəmində ciddi  şəkildə müzakirə olunmuşdu.

İstiPress-in məlumatına görə, "Qafqazinfo” hadisə ilə bağlı yeni detallar əldə edib. Belə ki, 4 aylıq istintaq prosesinin sonunda məlum olub ki, Şindiyev Elçin qeyri-rəsmi nikahda yaşadığı qadının ikinci qızını da zorlayıb.  Artıq istintaq müddəti yekunlaşıb və iş məhkəməyə göndərilib. 

Qeyd edək ki, hadisədən sonra qadın üç uşağı ilə birgə Bakıda Uşaqlar Birliyinin sığınacağında məskunlaşmışdı. 

Hamilə qalan birinci qızın hamiləliyinə isə qeysəriyyə üsulu ilə son qoyulmuşdu.  

Artıq ailənin sığınacaqda reablitasiya dövrü başa çatıb və onlar evlərinə yola salınıb.