Bakıda ər arvadının boğazını kəsərək qaçıb

20 Dekabr, 2017 10:07 | Hadisə | Baxış sayı: 128
Qətl
Qətl

50 yaşlı qadın ölüb

Bakıda qətl törədilib. Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən, korpus 124, ev 61 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib.

Qadın hadisə yerində keçinib. R. Çəltikov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. /APA/