Bakıda itən qız Rusiyada tapıldı

20 Noyabr, 2019 11:48 | Hadisə | Baxış sayı: 127
İtkin qız
İtkin qız

Qız xalasıgilə getmək adı ilə evdən çıxıb

Bakıda itkin düşən qız tapılıb.  1998-ci il təvəllüdlü Hümbətova Elnarə Elxan qızı oktyabrın 27-də Bakının Sabunçu rayonu, Şuşa şəhərciyində yaşayan xalasının evinə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətova Rusiya Federasiyasına gedib.

Araşdırmalar davam etdirilir.