Bakıda gəlin maşını yandı - VİDEO

20 Noyabr, 2019 16:58 | Hadisə | Baxış sayı: 281

Polis bir neçə zolaqda yolu bağlayıb

Bakıda hərəkətdə olan maşın yanıb.

İstiPress-in məlumatına görə, hadisə saat 15 radələerində bir neçə dəqiqə əvvəl aeroport yolunda baş verib. Gəlin maşını kimi bəzədilən avtomobil qəfildən alışmağa başlayıb.

Yol polisi həmin hissədə bir neçə zolaqda yolu bağlayıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, paytaxtın Suraxanı rayonunda “Audi” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.