Ana öz körpələrini 3-cü mərtəbədən atdı - qulağı səs eşidib

20 Noyabr, 2019 09:38 | Hadisə | Baxış sayı: 179
Fransa polisi
Fransa polisi

Naməlum səs ona uşaqların şeytan olduğunu deyibmiş

Fransada eşidənlərin qanını donduran hadisə baş verib. Ana öz övladlarını eyvandan çölə atıb. Üçüncü mərtəbədən azyaşlıların atılmasına səbəb isə ananın qulağına gələn səslər olub. Belə ki, naməlum səslər guya ona uşaqların şeytan olduğunu deyib.

31 yaşlı qadın 1 aylıq oğlu və 3 yaşlı qızını pəncərədən atdıqdan sonra vağzala gedib. Polis onu həbs edə bilib. 

Düşdükləri ərazi nəm olduğu üçün uşaqlar xoşbəxtlikdən sağ qalıblar. Hazırda onlar xəstəxanada, anaları isə həbsdədir. 

Qonşular daha öncə heç vaxt qadını və uşaqlarını bu binada görmədiklərini deyiblər. Araşdırma aparılır.