Kirayədə qalan oğlan özünü asdı

20 Oktyabr, 2019 11:27 | Hadisə | Baxış sayı: 246
İntihar
İntihar

"Bezdim həyatdan. Ana, məni bağışla"

Quba sakini özünü Şabranda asıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Şabran şəhərinin Roman Yusifov küçəsindəki evlərin birində baş verib. Burada anası ilə kirayədə yaşayan, 22 yaşlı Mərhəmət Zakir oğlu Əliməmmədov özünü evdən asaraq öldürüb. Onun özünü asdığını anası görüb.

Dərhal Şabran polis şöbəsinin və prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib. Hadisə yerinə baxış keçirən əməliyyatçılar buradan mərhumun yazdığı kiçik məktub tapıblar: "Bezdim həyatdan. Ana, məni bağışla".

Qubanın Xaltan kəndindən olan ailə Şabranda kirayədə yaşayırmış. Ana-bala burada şəxsi təsərrüfatlarda işləyirmiş.

Subay olan Mərhəmət Əliməmmədovun ölüm faktını Şabran rayon prokurorluğu araşdırır. CM-nin 125-ci -özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.