Etimad İsmayılovun qətlə yetirilməsinin səbəbi məlum oldu - VİDEO

20 Sentyabr, 2018 18:41 | Hadisə | Baxış sayı: 314
Saxlanılan G.Dəmirov
Saxlanılan G.Dəmirov

Etimad İsmayılov başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib

Keçmiş baş prokuror, ədliyyə naziri, deputat, məşhur siyasi xadim, "Ədalət" partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun İstanbulda ofisində qətlə yetirilməsinin təfərrüatı ortaya çıxıb.

İstiPress “Posta” qəzetinə istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan ehtiyatda olan polkovnik, E.İsmayılovun şəriki Gözəl Dəmirov polisə ilkin ifadəsində cinayəti pul mübahisəsinə görə törətdiyini bildirib.

Belə ki, G.Dəmirov ortaq qurduqları şirkətin 4 milyon dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməməsinə görə E.İsmayılovla mübahisə etdiyini söyləyib. O, mübahisə zamanı İsmayılov tərəfindən təhdid edildiyini və buna görə silaha əl atdığını deyib.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, Etimad İsmayılov başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Cinayəti törədən Gözəl Dəmirov Bakı vaxtı ilə 02:00 radələrində tutulub.

E.İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Ədalət Partiyasının sədri və Azərbaycanın ilk Ədliyyə naziri İlyas İsmayılovun oğlu və birinci müavini idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub. Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

O, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbağça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.