Arvadını boğub öldürdü - başqa kişi ilə mesajlaşırmış...

20 Sentyabr, 2018 17:29 | Hadisə | Baxış sayı: 163
boğmaq
boğmaq

Qatilin öldürdüyü arvadı ilə nikahından 2 övladı var

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yastıqla boğaraq öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının məhkəməsi başlayıb.

İstiPress-in məlumatına görə,  hadisə 2018-ci il yanvarın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb. Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir. E.Qəhrəmanlı arvadının başqa oğlanla telefonda danışdığını eşidib. Daha sonra isə telefonda onların mesajlaşmalarını oxuyub. Bundan sonra arvadını yastıqla boğaraq qətlə yetirib.

1993-cü il təvəllüdlü E.Qəhrəmanlı öldürdüyü arvadı ilə nikahından 2 övladı olduğunu deyib. Onun uşaqlarından birinin 7‚ digərinin 5 yaşı var. 

Tikinti şirkətlərində fəhlə işlədiyini deyən E.Qəhrəmanlı əvvəllər məhkum olunmayıb. Cinayət işi məhkəmə baxışına qəbul edilib.