80 yaşlı kişi qəza törətdi: 3 nəfər yaralandı

20 Sentyabr, 2017 19:33 | Hadisə | Baxış sayı: 94
"VAZ 2107" qəza (Arxiv)
"VAZ 2107" qəza (Arxiv)

Hazırda yaralıların vəziyyəti kafi qiymətləndirilir

Tovuz rayonu ərazisində yol qəzası baş verib.

Hadisə rayonun Quşçu-Qovlar yolunda baş verib. Qovlar qəsəbə sakini, 1937-ci il təvəllüdlü Səfərov Mail Hüseyn oğlu və Abdulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Tural Valeh oğlunun idarə etdiyi "VAZ" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində hər iki sürücü və M.Səfərovun sərnişini, 1970-ci il təvəllüdlü Tağıyeva Elmira İsfəndiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.