MDB-nin axtardığı İran vətəndaşı Azərbaycanda saxlandı

20 Avqust, 2019 14:59 | Hadisə | Baxış sayı: 39
Həbs
Həbs

Narkotik maddə satmaqda günahlandırılır

Beynəlxalq axtarışda olan İran vətəndaşı Azərbaycanda saxlanılıb.

IstiPress-in məlumatına görə, Müstəqil Dövlətlər Birliyi (MDB) tərəfindən narkotik maddə satmağa görə axtarışda olan İran vətəndaşı Amir Yusiff Soltanisaransani Bakıya gələn zaman hava limanında saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası 24 sentyabr 1993-cü il tarixindən MDB-nin üzvüdür.