Toydan gələndə qəzaya düşən ailə - 1 ölü, 6 yaralı

20 İyun, 2019 14:57 | Hadisə | Baxış sayı: 200
Təcili yardım maşını
Təcili yardım maşını

Yaşlıə qadın hadisə yerində keçinib

Bakı-Quba-Rusiya sərhədi yolunun 56-çı km-liyində - Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində Xaçmazdan gedən bir ailə qəzaya düşüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Bakı sakini, 33 yaşlı Ayaz Biyaz oğlu Kamalov idarə etdiyi "Ravon Neksia" markalı avtomobillə Bakı istiqamətinə gedərkən avtomaşını aşırıb.

Avtomobildə bu zaman sürücülə birgə 7 nəfər ailə üzvü olub. Nəqliyyat vasitəsinin aşması nəticəsində sərnişinlərdən biri - sürücünün xalası və bacısının qaynanası olan, Bakı sakini Rəsmiyyə Zöhrab qızı Mirzəyeva hadisə yerindəcə ölüb.

Sürücünün həyat yoldaşı, 31 yaşlı Esmira Abuzər qızı Kamalova, atası Biyaz Əli oğlu Kamalov, anası Validə Zöhrab qızı Kamalova, qlzı, 15 yaşlı Əsmər Ayaz qızı Kamalova ilk tibbi yardım üçün Sumqayıt şəhər təcil tibbi yardım xəstəxanasına çatdırılıblar. Sürücü Ayaz Kamalov və 7 yaşlı oğlu Ömər Kamalov isə bu dəhşətli qəzadan canlarını xəsarətsiz qurtara biliblər.

Ağır yol nəqliyyat hadisəsini DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin əməkdaşları apaşdırır. Artıq fakta görə cinayət işi açılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki,qəzaya düşən Kamalovlar ailəsi bir gün əvvəl Xaçmazda toyda olublar və toyun səhəri  Bakıya qayıdırlarmış.