“Əmi” ləqəbli narkotacir saxlanıldı

20 İyun, 2019 16:37 | Hadisə | Baxış sayı: 75
Polis
Polis

Üzərindən heroin aşkar olunaraq götürülüb

Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Bədəlov (“Əmi” ləqəbi ilə tanınır) saxlanılıb.

İstiPress-ə DİN mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılarkən ümumi çəkisi 1,657 qram olan narkotik vasitə-heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.