Bakıda VAZ-2107 yaşlı qadını vurub öldürdü

20 İyun, 2019 13:59 | Hadisə | Baxış sayı: 51
Yol qəzası
Yol qəzası

Piyada hadisə yerində ölüb

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, hadisə iyunun 19-da saat 8 radələrində Binə qəsəbəsi ərazisində qeydə alınıb. 

Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlı qadını vurub və piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.