Bakıda rusiyalı turist piyadanı vurub öldürdü

20 İyun, 2019 11:58 | Hadisə | Baxış sayı: 74
Piyada ölümü (Arxiv)
Piyada ölümü (Arxiv)

Piyada hadisə yerində dünyasını dəyişib

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 58 yaşlı qadını avtomobillə vuraraq öldürən sürücünün şəxsiyyəti müəyyənləşdirilib.

İstiPress-in məlumatına görə, bu, Azərbaycana turist kimi gələn Rusiya vətəndaşı Anton Spiridonovdur.

A.Spiridonov idarə etdiyi “Audi” marklı avtomobillə 1961-ci il təvəllüdlü Rahilə Əhmədovanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.