Narkotik "aqronomu" iş başında yaxalandı

20 İyun, 2018 17:25 | Hadisə | Baxış sayı: 185
Hind çətənəsi
Hind çətənəsi

Şabran polisi həyətyanı sahəsində tərəvəz məhsulları əvəzinə narkotik tərkibli bitki yetişdirən rayon sakinini elə iş başında yaxalayıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun Rəhimli kənd sakini 35 yaşlı Elşad Quliyev həyətyanı sahəsində gizli şəkildə 10 ədəd hind çətənəsi kolu becəribmiş və əməliyyat məlumatı alan polis onu elə bitkiyə qulluq edərkən yaxalayıb.

Narkotik tərkibli kollsr zərərsizləşdirilib. Saxlanılan Elşad Quliyev barəsində Şabran polis şöbəsində cinayət işi açılıb.