Göldə batmış azərbaycanlı tələbənin meyiti tapıldı

20 İyun, 2018 13:48 | Hadisə | Baxış sayı: 99
Elnur Babayev
Elnur Babayev

“Oğlum Elnur Babayevin meyiti iyunun 18-i yerli vaxtla axşam saat 18:00 radələrində tapılıb”.

İstiPress-in məlumatına görə, bu sözləri iyunun 2-də Roma yaxınlığında Albano gölündə batmış azərbaycanlı tələbənin atası Rafiq Babayev deyib.

Hazırda İtaliyada olan R.Babayev bildirib ki, axtarış işləri son 3 gündə gücləndirilmiş rejimdə aparılıb: “Gölə xüsusi gəmi cəlb etdilər. Daha sonra meyitin 80-90 metr dərinlikdə təxmini yerini müəyyənləşdirdilər. Meyit xüsusi robot qurğusu ilə sudan çıxarıldı. Tanınma həyata keçirildi, meyit ekspertiza üçün xəstəxananın "morq"una göndərildi. Bu gün yerli vaxtla saat 12:00-də ekspertizanın rəyi açıqlanacaq. Sonra səfirliyin köməkliyi ilə meyitin Azərbaycana göndərilməsi üçün sənədləşmə proseduru həyata keçiriləcək. Meyitin Azərbaycana göndərilməsi iyunun 22-23-nə nəzərdə tutulub”.