AZAL - ın təyyarəsi texniki səbəbdən geri qayıdıb

20 İyun, 2017 01:10 | Hadisə | Baxış sayı: 203
AZAL
AZAL

Hava gəmisinin komandiri geri qayıtmaq qərarını qəbul edib

Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.

AZAL-dan İstiPress-ə verilən xəbərə görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərarını qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib. Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.