Yaşlı adam evində ölü tapıldı

20 May, 2019 18:47 | Hadisə | Baxış sayı: 42
Meyit
Meyit

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı deyilir

Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

İstiPress-in Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Mürsəlov Sudeyin Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.