Yolu keçmək istəyən 78 yaşlı qadın həyatından oldu

20 Fevral, 2020 09:37 | Hadisə | Baxış sayı: 105
Vurulan piyada
Vurulan piyada

Yaşlı qadın "Jiquli"nin altında qalıb

Şabranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. istiPress-in Şimal bürosunun məlumatına görə, Gəndab-Yalama yolunun Şabranın Ağalıq kəndi ərazisində yolu keçən 78 yaşlı qadını "VAZ-2106" markalı avtomobil vurub.

Qadın dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ağalıq kənd sakini, 78 yaşlı Səkinə Bilal qızı Musayeva həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Baş istintaq və təhqiqat idarəsi fakta görə cinayət işi açıb. Sürücünün Xaçmaz sakini olduğu deyilir.