Rəhim Qazıyevin kürəkəni saxlanıldı

20 Fevral, 2020 14:50 | Hadisə | Baxış sayı: 222
Rəhim Qazıyev
Rəhim Qazıyev

Keçmiş qaynatasını döyübmüş

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyməkdə şübhəli bilinən keçmiş kürəkəni tutulub.

IstiPress Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, fevralın 19-da Yasamal rayonu ərazisində R.Qazıyevi döyən keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.