DTX daha bir rayonun İcra Hakimiyyətində əməliyyata başladı

20 Fevral, 2020 13:26 | Hadisə | Baxış sayı: 819
DTX
DTX

İcra başçısı rüşvət alan yerdə həbs edilib

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirir.

İstiPress-in məlumatına görə, bu barədə haqqin.az saytı məlumat yayaıb. Məlumata görə, İcra Hakimiyyətinin binasına xüsusi təyinatlıların olduğu dörd cip gəlib. DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.

Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Neftçalanın icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.

Hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.

Bu barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə ay öncə də Ağstafa Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirilib. Nəticədə icra başçısı Nizaməddin Quliyev saxlanılıb. Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.