Bakıda 3 qardaş bıçaqlandı - şadlıq evinin qabağında

20 Fevral, 2020 11:27 | Hadisə | Baxış sayı: 72
Bıçaqlama
Bıçaqlama

Qardaşları xəstəxanalıq edən şəxsi polis yaxalaya bilib

Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tərlan" şadlıq sarayının qarşısında baş verib.

Hadisə nəticəsində şəhər sakinləri - 1995-ci il təvəllüdlü Röyal Abışov, qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mahmudov saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb./apa/