Azərbaycanda şok hadisə - nənə ərinin dostuna qoşulub qaçdı?

20 Fevral, 2020 13:55 | Hadisə | Baxış sayı: 476
Ələlə tutan şəxslər
Ələlə tutan şəxslər

İsmayıllıda 2 uşaq anasının 3 uşaq atasının evinə qaçdığı deyilir

İsmayıllıda 2 uşaq anası ərinin dostuna qoşularaq qaçıb. Məlumata görə, bir müddətdir M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar. Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsüb ata evinə qayıdıb. Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib. Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadır. Buna baxmayaraq, M.H. ərini tərk edərək başqası ilə yaşamaq qərarına gəlib.

Qadının ailəsi ilə qoşulub qaçdığı kişinin ailəsinin uzunmüddətli dostluq münasibətləri olub.

M.H.-nın ailəsi uzun müddət Rusiyada yaşayıb, onlar bir müddətdir ki, İsmayıllıya qayıdıblar. İki övladları var. Qızları qoşulub qaçıb. Oğlanları isə rayondan olan qızla nişanlanıb, sonra onu tərk edərək Rusiyaya gedib. Orada ailə qurub və övlad sahibidir.

Ailəyə yaxın olan, adının açıqlanmasını istəməyən mənbənin məlumatına görə, 4 il əvvələ kimi M.H.-nın əri və onun ailə üzvləri ilə münasibətləri normal olub. 4 il öncə onun həyat yoldaşı, baldızları və ailənin digər üzvləri ilə münaqişələri başlayıb.

M.H. ailəsi ilə birgə İsmayıllı şəhərində yaşayıb. Fevralın 12-də ailəvi dost olduqları Talıstan kənd sakini Raqub adlı şəxslə qaçıb. "Qadın keçən ilin avqustunda ərindən boşanmaq üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Səbəb kimi də həyat yoldaşı tərəfindən döyülməsini göstərib.

Ancaq əri qadının dediklərini təkzib edib. Məhkəmə barışıq üçün onlara 3 ay vaxt verib. Xanım məhkəmənin verdiyi vaxtı gözləməyib, ayrılmaq istəyib. Qadının əri boşanma zamanı əmlakın yarı bölünəcəyinə razılıq da verib. Qadın isə əmlak istəmədiyini deyərək, ərizə yazıb boşanmaq istədiyini bildirib".

Qadının ailəsi ilə Raqubun ailəsi dost olub: "Hətta həmin şəxs bir neçə dəfə qaçan xanımın qayınanasıgilin evinə də gəlib. Onlar bir-birinə "bacı-qardaş" deyirmiş. M.H.-nın qızı deyib ki, Raqub bizə gələb-gedəndən sonra həmişə evimizdə dava düşürdü.

Raqubun da 2 qızı, 1 oğlu var. Həyat yoldaşının 50 yaşı var. Qaçan xanımın bacısı və qızı Talıstan kəndinə gediblər və M.H.-nın kənddə Raqubun evində olduğunu görüblər".

Ailəyə yaxın mənbə bildirib ki, qaçan qadının əri və ailəsi geri qayıdarsa heç bir halda qadını qəbul etməyəcəklər: "M.H.-nın əri ailə qurmaq istəyir və evlənməyə qadın axtarır". /publika.az/