Almaniyada qanlı gecə - 11 ölü

20 Fevral, 2020 10:31 | Hadisə | Baxış sayı: 87
Almaniya
Almaniya

Qəlyanxanada baş verən atışma faciə ilə bitib

Almaniyanın Hessen əyalətinin Hanau şəhərindəki atışma nəticəsində ölənlərin sayı artıb. Son məlumata görə, gecə saatlarında baş verən atıəşma zamanı 11 nəfər ölüb.

"Bild" qəzetinin məlumatına görə, daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Onların vəziyyəti də ağır qiymətləndirilir. 

Polisin məlumatına görə, qəlyanxanada atışmanı törətməkdə şübhəli bilinən şəxs də ölüb. Onun meyitini xüsusi təhlükəsizlik orqanlarının əməliyyat keçirdiyi evdə tapıblar. Hadisəni törədən şəxsin alman olduğu qeyd edilir. 

Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir.