Bakıda Türkiyə vətəndaşı tutuldu

20 Yanvar, 2020 18:37 | Hadisə | Baxış sayı: 72
Cinayətkarın həbsi - ARXİV
Cinayətkarın həbsi - ARXİV

Şantaj və digər ağır cinayət işlərinə görə axtarışda olub

Türkiyə dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Bakıda tutulub.

“Report” xəbər verir ki, 37 yaşlı Türkiyə vətəndaşı Dinçer Mazlum Küveyt - Bakı reysi ilə Azərbaycana gələn zaman hava limanında saxlanılıb.

Həmin şəxs Türkiyədə şantaj və digər ağır cinayət işlərinə görə axtarışda olub.