Qusarda tapılan meyit Bakının məşhur ailəsinə məxsus çıxdı

19 Dekabr, 2017 19:50 | Hadisə | Baxış sayı: 672
Meyit
Meyit

Hüquq-mühafizə orqanları onun ölüm səbəbini araşdırır

Qusarın Mucuq kəndi ərazisində iki gün qabaq tapılan meyitin kimilyi aydın oldu.

İstiPress-in şimal bürosuna hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu, 1958-ci il təvəllüdlü Bakı sakini Mirvahid  Mirməhəmmədəli oğlu Musəvidir. Hazırda hüquq-mühafizə orqanları onun ölüm səbəbini araşdırırlar. 

Meyiti dekabrın 17-də gündüz  saat 1-də Mucuq kəndinin şimalında - meşənin dərinliyində odun yığan sakinlər görüb və hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Dərhal hadisə yerinə rayon polis şöbəsi və prokurorluğunun əməkdaşları və tibbi ekspertlər gəlib və təxminən 3 saatdan sonra - saat 16 -da hadisə yerinə çatan kimi hadisə yerini və 4 aydır öldüyü ehtimal edilən çürümüş kişi meyitini müayinə ediblər . 50-60 yaşında olduğu ehtimsl edilən, arıq, üzü tanınmaz hala düşən kişinin yanında kisə olub , o, kisəni başının altına qoyaraq uzanıb və elə də ölüb. Meyitin yanında səfər üçün lazım olan əşyalar - fənər,  eynək, çanta, dərman, bıçaq və digər əşyalar olub.

Meyitin 3 sm saqqalı  və 7 sm saçı olub. Kifayət qədər çürüməyə məruz qalan meyitin yanında şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.