Bakılı sürücü Quba yolunda öldü

19 Dekabr, 2017 17:57 | Hadisə | Baxış sayı: 213
"Chacman"  markalı avtomobil qəzadan sonra
"Chacman" markalı avtomobil qəzadan sonra

Sərnişin qadın xəstəxanaya yerləşdirildi

Bakı-Quba yolunun 73-cü km-də - Xızı rayonu ərazisində Quba istiqamətinə gedən "Chacman" markalı yük avtomobili ilə "Shkoda Akteviya" markalı avtomobilin toqquşması sonuncunun sürücüsünün ölməsilə nəticələnib.

İstiPress-in şimal bürosunun məlumatına görə, "Shkoda"nın sürücüsü, 65 yaşlı Yasamal sakini Nizami İsmayılov yerindəcə ölüb. Taksi olan avtomobildəki sərnişin, Yasamal sakini, 49 yaşlı Suriyyə Cabbarova isə Sumqayıt xəstəxanasına çatdırılıb. Hadisəyə ilkin olaraq "Shkoda"nın yük avtomobili ilə eyni istiqamətdə ötmə əməliyyatını düzgün yetirməməsinin səbəb olduğu deyilir. Baş Dövlət Yol Polisi idarəsinin istintaqçıları qəza faktını araşdırır.