Rusiyada bənd uçdu, ölənlər var

19 Oktyabr, 2019 10:06 | Hadisə | Baxış sayı: 100
Rusiya FHN əməkdaşları
Rusiya FHN əməkdaşları

Hadisə nəticəsində 2 yataqxananı su basıb

Rusiyanın Krasnoyarsk diyarının Kuraginsky rayonunda bənd uçub. Ən son məlumata görə, uçqun nəticəsində 13 nəfər ölüb. Daha 13 nəfərin isə taleyi haqqında məlumat yoxdur. Yaralanan 14 nəfərdən 3-nün vəziyyəti ağırdır. 

Hazırda hadisə yerində 270 nəfər adam, eləcə də 50-yə yaxın texnika çalışır. 

Xatırladaq ki, insident bu gecə yerli vaxtla saat 02 radələrində baş verib. Şetinkonu qəsəbəsində Seyba çayındakı bəndin uçması nəticəsində  hərəsində 40 nəfər olan iki yataqxana su altında qalıb.

Təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb. Məlumata görə, bənd qanunsuz tikinti olub.