Keçmiş prezidentin nəvəsi polisi dişlədi

19 Oktyabr, 2019 10:43 | Hadisə | Baxış sayı: 156
Nazarbayev və nəvəsi
Nazarbayev və nəvəsi

Narkotik maddənin təsirində olan gəncə cəza verilib

Qazaxıstanın birinci dövlət başçısı Nursultan Nazarbayevin nəvəsi, 28 yaşlı Aysultan Nazarbayev Londonda polisə düşüb. Buna səbəb isə onun polislə davranışı olub. Polisə hücum edən Aysultana bir il yarım şərti cəza verilib. O həmçinin narkotik asıllıqdan müalicə almanı, cərimə ödəməli və ictimai işlərə cəlb ediləcək. əgər bu müddətdə o yenidən qnaun pozarsa həbsə gedəcək. 

İttiham aktına görə, narkotik maddənin təsiri altında olan Nazarbayev polisi vurub və onu dişləyib. Nəticədə polisin əlində dərin diş izləri - yaralar qalıb. 

Xatırladaq ki, kiçik Nazarbayev yay aylarında Londondakı otellərədən birində qalmaqala səbəb olmuşdu. O eyvana çıxaraq intihar edəcəyini deyib. Admnistrasiya polis çağırmalı olub. Bir neçə gün sonra eyni hadisə təkrarlanıb. O eyvanan çıxaraq qışqırmağa başlayıb. Qonşuları onun terror çağırışı etdiyini düşünərək polisə məlumat veriblər. Daha sonra o eyvandan keçərək bir qadının evinə daxil olmaqda ittiham edilirdi. 

A.Nazarbayev keçmiş prezidentin böyük qızının oğludur.