Cümə namazında məsciddə terror

19 Oktyabr, 2019 09:44 | Hadisə | Baxış sayı: 65
Əfqanıstan
Əfqanıstan

İbadət ocağında iki bomba partladılıb

Əfqanıstanda növbəti terror aktı törədilib. Ölkənin şərqindəki Nangarhar vilayətindəki hücumların hədəfi bu dəfə məscid olub.

Cümə namazı vaxtı məscidə yerləşdirilən iki bomba işə salınıb. Nəticəsində azı 62 nəfər ölüb. Onların arasında uşaqlar da var. Ölü sayının artacağı istisna edilmir. Daha 36 nəfər isə yaralanıb. 

Partlayışın təsirindən məscidin dam örtüyü çöküb. 

Hələlik terror aktına görə məsuliyyəti üzərinə götürən olmayıb. Nangarhar vilayətində həm terror təşkilatı İŞİD, həm də Taliban fəaldır.