Toy hazırlığı qanlı bitdi - gəlin və bəy öldü

19 Sentyabr, 2019 12:58 | Hadisə | Baxış sayı: 562
Qətlə yetirilən şəxslər
Qətlə yetirilən şəxslər

İstədikləri qızın nişanlandığını eşidən gənc silahlı basqın törətdi

Türkiyədə toya hazırlaşan ailə yasa batıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Hatayın Antakya rayonunda baş verən silahlı insident 4 nəfərin ölümü ilə nəticələnib. 

Belə ki, Nihat D. adlı gənc qardaşı ilə evləndirmək istədikləri Bilem Doğru adlı gənc qızın başqası ilə nişanlandığını eşidib. Bundan sonra o qızın ailəsinin evinə iki dostu ilə birlikdə silahlı basqın edib.

Evdə toy hazırlıqlarını danışmaq üçün nişanlı cütlüyün ailələri olub. Nihad D. evdəkiləri güllə baran edib. Nəticədə Bilem Doğru, qardaşı və nişanlısı, eləcə də nişanlısının anası ölüb. Daha 3 nəfər isə yaralanıb. 

Silahlı insidenti törədən 3 nəfər isə hadisə yerindən qaçıb.