Məktəbli bu gün suda boğuldu

19 Sentyabr, 2018 20:25 | Hadisə | Baxış sayı: 185
Suda boğulma
Suda boğulma

Dostları onu sudan çıxarmağa çalışsalar da bunu bacarmayıblar

Xaçmaz şəhər sakini, 12 yaşlı Hüseyn Osmanov bu gün saat 17 radələrində Ağçayda batıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, şəhər məktəbinin 6-cı sinfində oxuyan Hüseyn Osmanov dərsdən sonra dostları ilə çaya çimməyə gedib, çayın burulğan yerində boğularaq ölüb. Dostları onu sudan çıxarmağa çalışsalar da bunu bacarmayıblar. Mərhum məktəblinin meyiti çaydan FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.

Hüseyn Osmanovun sentyabrın 7-də 12 yaşı tamam olubmuş. Məlumatı Xaçmaz ih başçısının Hülövlü İƏD üzrə nümayəndəsi Fərman Babayev İstiPress-in şimal bürosuna verib.

Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.