Qubada daha bir kənddə yanğın başladı - YENİLƏNİB - VİDEO

19 Avqust, 2019 17:07 | Hadisə | Baxış sayı: 508
Qubada meşə yanğınları söndürülən zaman
Qubada meşə yanğınları söndürülən zaman

Rayonun icra başçısı yanan əraziyə də baş çəkib

Qubada daha bir kənddə yanğın başlayıb. Qubanın Hacıhüseynli kəndində kol-kosluq ərazidə yanğın başlayıb. Rayonun icra başçısı Ziyəddin Əliyev həmin yanan əraziyə də baş çəkib. Verilən məlumata görə, artıq yerli bələdiyyə və icra qurumunun köməyilə yanğın söndürülüb. Hacıhüseynli kəndində yanan ərazi təxminən 3 hektardır.

16:35

Qubanın dağlıq Zərqava kənd bələdiyyəsinin kol-kosluq ərazidə yanğını söndürmək hələ mümkün olmayıb. Quba icra başçısının müavini Xanlar Heybətovun sözlərinə görə, yanğın dağlıq massivdə olduğundan ora yanğınsöndürən avtomobillərin girişi mümkün deyil. Bu səbəbdən  müvafiq qurumların əməkdaşları və yerli sakinlər yanğını əllə söndürməyə çalışırlar. Hazırda Ekologiya və Təbii Sərvətlər, FH nazirliklərinin, Quba İH-nin əməkdaşları, Zərqava bələdiyyəsinin üzvləri və sakinlər alovun söndürül məsinə cəlb olunublar.

Quba ıh başçısının müavini Xanlar Heybətov bildirib ki,ih başçısı Ziyəddin Əliyev yanan əraziyə baş çəkib,alovun söndürülməsi üçün öz məsləhətlərini verib.Hazırda ərazidə Quba və Şabrandan 8 yanğınsöndürən avtomaşın və canlı işçi qüvvəsi var.

13:17

Hazırda Qubanın Zərqava bələdiyyəsinin ərazisində yanğın davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ekologiya və təbii sərvətlər idarəsinin rəisi Vaqif Cavadov İstiPressə məlumat verib ki, tüstüləmə və yanğın sahaəsi 20 hektara yaxındır. Bura kol-kos sahəsidir. 

Quba İH başçısı Ziyəddin Əliyevlə yanaşı rayon hüquq-,mühafizə orqanlarının rəhbərləri, FHN-nin şimal regional mərkəzinin rəsmiləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarəsinin və meşə bərpası müəssisələrinin əməkdaşları yanğın yerindədir.

Saat 11:19

Şimal bölgəsində Şabran və Quba rayonlarında meşə massivində yanğın başlayıb. Quba rayon icra hakimiyyəti başçısının müavini Xanlar Heybətovun  İstiPress-in Şimal bürosuna verdiyi məlumata görə, yanğın kol-koslar olan sahədə başlayıb. Alov Qubanın Gədikqışlaq kəndindəki sahəyə də keçib. 

Quba və Şabran Dövlət Yanğından Mühafizə Hissələrindən 5 yanğınsöndürən avtomobil və xeyli canlı işçi qüvvəsi yanğın yerinə cəlb olunub.

Yanğının meşəyə keçmə ehtimalı var. 

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. FHN-dən verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Quba rayonunun İdrisli kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.​