Xızıda 4 yaşlı uşaq taxta altında qaldı

19 İyul, 2019 16:30 | Hadisə | Baxış sayı: 101
Xəstə uşaq
Xəstə uşaq

Boyun fəqərəsi və belindən yaralanan uşaq Sumqayıta çatdırılıb

Xızıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində xəstəxanalıq olub. İstiPress-in Şimal bürosunun məlumatına görə, rayonun Altıağac qəsəbəsində 4 yaşlı Sadiq Haqverdiyevin üstünə taxta aşıb. Azyaşlı boyun fəqərəsindən və bel nahiyəsindən ağır xəsarət alıb.

Yaralı uşaq dərhal Xızı rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra azyaşlı təcili yardım avtomobili ilə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.

Xızı rayon mərkəzi xəstəxanasının baş həkimi Bektaş Nəbiyevin sözlərinə görə, hazırda Sadiq Haqverdiyevin vəziyyəti normaldır.