Polis özünü güllələdi

19 İyul, 2019 08:24 | Hadisə | Baxış sayı: 76
Polis
Polis

24 yaşlı leytenantın meyiti xidməti otağında tapılıb

Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Onun odlu silahla ehtiyatsız davranaraq özünə xəsarət yetirdiyi və nəticədə öldüyü ehtimal edilir.

Hadisə axşam saat 19:40 radələrində qeydə alınıb.