Ələt yolunda yenə ağır qəza, ölən var

19 İyul, 2019 10:33 | Hadisə | Baxış sayı: 59
Avtomobil qəzası
Avtomobil qəzası

"VAZ" yol kənarında dayanan yük avtomobilinə çırpılıb

Bakı-Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ələt istiqamətində hərəkətdə olan "VAZ" markalı avtomobil yol kənarında dayanan yük avtomobilinə çırpılıb.

Ağır qəza səbəbindən minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan biri elə hadisə yerindəcə dünyasını dəyişib, digəri 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. O hazırda reanimasiya şöbəsində müalicə alır.

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verən yerdə yol kənarında mağaza olduğundan bütün sürücülər orada dayanaraq yolüstü alış-veriş edirlər.