Bakıda yaşlı kişi özünü doğrayaraq intihar edib

19 İyun, 2019 15:59 | Hadisə | Baxış sayı: 97
Təcili tibbi yardım maşını intihar hadisəsinin baş verdiyi yerdə
Təcili tibbi yardım maşını intihar hadisəsinin baş verdiyi yerdə

Onkoloji xəstəlikdən əziyyət çəkirmiş

Bakıda 60 yaşlı kişi özünü öldürüb.

İstiPress-in məlumatına görə, Nizami rayonunda yaşayan 1959-cu il təvəllüdlü T.Əsgərov özünə ülgüclə xəsarət yetirərək intihar edib. O, qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

T.Əsgərov onkoloji xəstəlikdən əziyyət çəkirmiş.