Məşhur reperi küçənin ortasında vurdular

19 İyun, 2018 14:15 | Hadisə | Baxış sayı: 129
Jimmy-Wopo-dead
Jimmy-Wopo-dead

Jimmy Vopo ləqəbi ilə tanınan reper Treyven Smart Amerikada öldürülüb.

İstiPress-in məlumatına görə, Pittsburq şəhərində 21 yaşlı Voponun maşını gülləbaran edilib. Repçi və yanında olan bir nəfər xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb. Musiqiçinin meneceri "Facebook"da xəbəri təsdiqləyərək hadisədən sarsıldığını qeyd edib: “Mən qardaşımı itirdim və bu dünyada ən pis hissdir. O, öz dostlarına, ailəsinə, cəmiyyətə hər şeyin yaxşısını arzu edirdi”.

Qeyd edər ki, ötən gün daha bir repçi- XXXTentacion ləqəbli Casey Dueyn Onfroy da oxşaq şəkildə öldürülüb. Florida ştatında baş vermiş hadisə zamanı reper öz maşınında güllələnib. O da xəstəxanada dünyasını dəyişib.