Küllü miqdarda narkotik satan tutuldu

19 İyun, 2018 12:31 | Hadisə | Baxış sayı: 46
Azərbaycanda polis əməliyyatı - ARXİV
Azərbaycanda polis əməliyyatı - ARXİV

Zaqatalada keçmiş məhkum küllü miqdarda narkotik vasitəni satarkən iş başında tutulub.

İstiPress-in Şəki bürosuna DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala rayon polis şöbəsinin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri keçirib.

Tədbir nəticəsində əvəllər CM-nin müvafiq maddələri ilə bir-neçə dəfə məhkumluq həyatı yaşayan, rayonun Dağlı kənd sakini 1977-ci il təvəllüdlü Elxan Ramazan oğlu Yusifov 1 kq 815 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı satmaq istəyərkən elə iş başında saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.