Ucarda 4 bal gücündə zəlzələ olub

19 İyun, 2017 10:16 | Hadisə | Baxış sayı: 51
Ucarda zəlzələ
Ucarda zəlzələ

Ətraf rayonlarda isə 3 bala qədər hiss olunub

Ucarda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatlara əsasən, yerli vaxtla saat 17:41:13 - də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.