Prezident arını uddu - VİDEO

19 İyun, 2017 08:35 | Hadisə | Baxış sayı: 61
Lius Gilyermo Solisu
Lius Gilyermo Solisu

Xoşagəlməz hadisə zavod açılışında olub

Kosta-Rika prezidentinin başına qəribə hadisə gəlib. İstiPress-in məlumatına görə, Lius Gilyermo Solisu jurnalistlərə müsahibə verən zaman xoşagəlməz halla üzləşib. 

O, beton zavodunun açılışında iştirak etmək üçün ölkənin cənubuna gedib. Nitq ilə çıxış edən zaman ağzına arı girib. 

Solisu bu hadisəyə baxmayaraq zarafatından da qalmayıb: "Mən onu yedim. Mən arı yedim. Belə hadisə hər gün olmur. Təmiz zülaldır".