Londonda terror aktı törədənin adı açıqlanıb

19 İyun, 2017 21:34 | Hadisə | Baxış sayı: 63

O, avtomobili piyadaların üstünə sürüb

Ötən gecə Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin adı açıqlanıb.

İstiPress “Sky News”-a istinadən xəbər verir ki, cinayəti törədən 47 yaşlı Darren Osborn olub.

Ötən gecə Londonda sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə Londonun şimal-şərqində  məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.