Londonda növbəti faciə: maşını məsciddən çıxanların üzərinə sürdü - FOTO, VİDEO

19 İyun, 2017 07:15 | Hadisə | Baxış sayı: 104
Londonda insident
Londonda insident

Polis bir nəfərin öldüyünü təsdiqləyib

Londonda furqon tipli avtomobil məsciddən çıxan insanların üzərinə sürüb.

İstiPress-in rus mətbuatına istinadən məlumatına görə, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb. İnsidenti törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Bir çox kütləvi informasiya vasitələri iki nəfərin öldüyünü yazsa da, polis ölü sayının bir nəfər olduğunu deyib.

Ölkənin müsəlman icması maşının məsciddən çıxanların üzərinə sürməsini dini amillə əlaqələndirib. 

Şahidlərin sözlərinə görə, sürücünün hədəfi müsəlmanlar olublar. Abdulraman Aidroos adlı şəxsin sözlərinə görə, ağdərili bir kişi "müsəlmanları öldürəcəyəm", deyə qışqırıb və maşınını insanların üzərinə sürüb. 

"Dostlarımla məsciddən çıxırdıq. Yaşlı bir adamın köməyə ehtiyacı olduğunu gördük. Onun yanına 8-10 adam toplaşdı. İnsanlar ona kömək etməyə çalışırdı. Tam o anda bir avtobus peyda oldu. Üstümüzə gəldi. 10-a yaxın insan yaralandı. Sürücü maşından düşüb "bütün müsəlmanları öldürəcəm" deyə qışqırdı. Dostlarımızdan biri onu itələdi, mən isə yıxdım. Polis gələnə kimi onu tutduq".

Britaniyanın baş naziri Tereza Mey ölkənin şimal-şərqində baş verən hadisəni dəhşətli insident adlandırıb.